Azərbaycanlını güllələyən 14 ildən sonra tutuldu

3-04-2025, 00:16           
Azərbaycanlını güllələyən 14 ildən sonra tutuldu
Sankt-Peterburq polisi 2011-ci ilin fevralında Vıborq rayonunda baş vermiş qətlin üstünü açıb. Şübhəli şəxs saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aprelin 1-də hüquq-mühafizə orqanlarının əməkdaşları Lunaçarski prospektində 53 yaşlı kişini saxlayıblar. O, 14 il əvvəl törədilən qətldə təqsirli bilinib.

İlkin məlumatlara görə, Kompozitorov küçəsindəki 29k1 binasının giriş qapısında saxlanılan şəxs 44 yaşlı azərbaycanlıya naməlum silahdan azı 3 dəfə atəş açıb. 2011-ci ilin fevralında baş vermiş hadisə əsasında Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Saxlanılan şəxsə 2002-ci ildə də külli miqdarda dələduzluqda ittiham olunduğu üçün cinayət işi qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru