Mixail Kavelaşvili “Xarici agentlər haqqında” qanunu imzaladı

3-04-2025, 09:14           
Mixail Kavelaşvili “Xarici agentlər haqqında” qanunu imzaladı
Gürcüstan Prezidenti Mixail Kavelaşvili ölkədə mübahisələrə səbəb olan “Xarici agentlər haqqında” qanunu imzalayıb.
Sənəd artıq Gürcüstanın Qanunvericilik Bülletenində dərc olunub.

Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.

Yeni qanun fiziki şəxsləri əhatə etmir və əsasən illik maliyyə hesabatlarının təqdim olunmaması halında cərimələr nəzərdə tutur. Nəzərəçarpan fərqlərdən biri də odur ki, ABŞ qanunvericiliyində bu kimi hallara görə 5 ilə qədər həbs cəzası tətbiq oluna bilər.

Qanunun icrasına Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru