Rusiyada strateji raketdaşıyan hərbi təyyarə qəzaya uğradı - VİDEO

3-04-2025, 08:18           
Rusiyada strateji raketdaşıyan hərbi təyyarə qəzaya uğradı - VİDEO
Rusiyanın İrkutsk vilayətində strateji raketdaşıyan Tu-22M3 təyyarəsi qəzaya uğrayıb.

TEREF APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb texniki nasazlıq olub.

"SHOT"un məlumatına görə, qəzaya uğrayan təyyarə heç bir döyüş yükü daşımayıb.

Ekipaj katapult edib. Pilotun həlak olduğu bildirilib.

Təyyarə düşən zaman elektrik naqillərinə dəyib, ərazini işıqsız qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru