Kanada Baş nazirindən Trampa: "Biz öz evimizin ağalarıyıq"

2-04-2025, 16:44           
Kanada Baş nazirindən Trampa: "Biz öz evimizin ağalarıyıq"
ABŞ Prezidenti Donald Trampın Kanadanı zəiflətmək və ölkəni Vaşinqtonun təsiri altına salmaq istəyinin qarşısı alınacaq.

Teleqraf xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.

"Kanadanı zəiflətmək, bizi tapdalamaq və sındırmaq cəhdlərini rədd edəcəyəm ki, Amerika bizi öz təsiri altına sala bilməsin. Bu, heç vaxt baş verməyəcək. Biz öz evimizin ağalarıyıq. Öz iqtisadi taleyimizi idarə edəcəyik", - deyə baş nazir əlavə edib.

Bundan əlavə, Karni ABŞ prezidenti tərəfindən aprelin 2-də elan edilən yeni tariflərə qarşı cavab tədbirləri görəcəyini də vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru