Alimlər Çində 16 min il əvvəl yaşamış insanın üzünü bərpa ediblər

2-04-2025, 17:59           
Alimlər Çində 16 min il əvvəl yaşamış insanın üzünü bərpa ediblər
Çinin Quansi-Çjuan Muxtar Rayonundan olan alimlər müasir 3D texnologiyalarından istifadə edərək 16 min il əvvəl yaşamış insanın görünüşünü bərpa ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri "Journal of Archaeological Science" jurnalında dərc olunub.

Qədim insanın qalıqları (kəllə sümüyü) Quansi əyalətinin Lonqan qəzasının Bolan kəndindəki təpədə yerləşən Yahuay mağarasında tapılıb. Bu, Çin ərazisində aşkar edilmiş paleolit dövrünə aid ikinci dəfn yeridir.

Tapıntı qədim insanların müxtəlifliyi, miqrasiya prosesləri və son paleolit dövrü insanlarının adətləri haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.

Aparılan tədqiqat nəticəsində alimlər müəyyən ediblər ki, qədim insanın kəlləsi müasir qadınların kəllələrindən böyük, lakin müasir kişilərin kəllələrindən kiçikdir. Alın sümüyü qalxmış vəziyyətdədir. Bərpa edilmiş üz dairəvi formaya, dar gözlərə, nisbətən dolğun dodaqlara və yastı buruna malikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru