“Hər bir məmurun belə ticarət mərkəzləri, restoran və şadlıq sarayları var”.
“Yeni Sabah”ın məlumatına görə, bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, Azərbaycan dövlətinin pullarının hamısı məmurların özlərinə, övladlarına və saxladığı arvadlara xərclənir:
“Məmurların bu qədər varlanması və özünə var-dövlət toplaması xalq arasında qıcıq yaradır. Milləti küçələrə tökən elə məmurların hərəkətləridir. Ölkə başçısı çox ciddi addımlar atır, amma onun addımlarına kölgə salan bu cür məmurlardır. Ona görə də o mülklərin hamısı məmurların əlindən alınmalı və xüsusi bir fond yaradılaraq həmin mülklər satılaraq xalqa qaytarılmalıdır”.