Azərbaycan-Gürcüstan sərhədi bağlandı - VİDEO

3-05-2019, 00:06           
Azərbaycan-Gürcüstan sərhədi bağlandı - VİDEO
Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində problem yaranıb.

Teref.az xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, 3 saatdan çoxdur sərhəd keçid məntəqəsinin fəaliyyəti dayanıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilmir.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.