Nazirin qəbuluna jurnalistləri buraxmayıblar - SƏBƏB

29-11-2019, 10:52           
Nazirin qəbuluna jurnalistləri buraxmayıblar - SƏBƏB
Yevlaxda bir sıra aparıcı media nümayəndələri Təhsil Naziri Ceyhun Bayramovun görüşünə buraxılmayıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, İstixeber.info saytının rəhbəri Sənan Şəmkirli məlumat verib.

Onun sözlərinə görə, 28 noyabrda Təhsil Naziri Ceyhun Bayramov Yevlax şəhərində vətəndaşları qəbul edib. Jurnalistlərə nazirin qəbulunu işıqlandırmağa icazə verilmədi.

Görüşə heç bir KİV-nin nümayəndələri buraxılmayıb. Yalnız nazirliyin mətbuat xidməti görüşü işıqlandırıb. Sənan Şəmkirli bildirib ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəisi əvəzi Billurə Hacıyevaya sorğu ünvanlayıb. Nazirliyin rəsmisi sorğuya cavab olaraq bildirib ki, görüş yalnız bizim əməkdaşlarımız tərəfindən işıqlandırılır və nazirliyin rəsmi internet saytına yerləşdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.