London: bıçaqlama hadisəsindən sonra polis bir nəfərə atəş açıb

30-11-2019, 06:48           
London: bıçaqlama hadisəsindən sonra polis bir nəfərə atəş açıb
London körpüsünə naməlum şəxs tərəfindən edilən hücum zamanı bıçaqla xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib.

APA “RİA Novosti”yə istinadla xəbə vrir ki, bu barədə yerli polisin məlumatında bildirilib.
Polis London Körpüsündə bıçaq hücumunu "terrorla əlaqəli" adlandırıb.
______________________________
London Körpüsündə baş vermiş insident zamanı bir neçə nəfərin yaralandığı güman edilir, polis bildirib.

Polisin bildirdiyinə görə onlar körpü yaxınlığında bıçaqlanma ilə bağlı hadisə yerinə çağırılıblar.

Polis həmçinin bir nəfərin saxlandığını bildirir. London Ambulans Xidməti hadisəni "ciddi insident" adlandırıb.

London körüpüsü polis tərəfindən bağlanıb. BBC jurnalisti ərazidə atışma səsi eşitdiyini bildirib.


Fotonun müəllifiAFP/GETTY
BBC müxbiri John McManus deyib ki, o, körpüdə bir qrup şəxsin dalaşdığını görüb.

Daha sonra isə polis gəlib və atışma səsi eşidilib.

Polis London Körpüsündə atışma xəbərini təsdiqləyib və hadisə yerinə yaxın olan insanlara polisin göstərişlərini izləməyi məsləhət görüb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.