Bakıda yanğın: 2 azyaşlı öldü

30-11-2019, 00:00           
Bakıda yanğın: 2 azyaşlı öldü
Bakı şəhərində fərdi yaşayış evində yanğın olub.

Modern.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı iki azyaşlı tüstüdən zəhərlənib. Onlar xəstəxanaya aparılarkən yolda ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.