Musavat.com-un məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi, 3 ünvanında baş verib. Həmin binada yaşayan 45 yaşlı Elxan Həbibov qardaşı, 43 yaşlı Əbülfət Həbibovu xüsusi amansızlıqla qətlə yetirib. O, qardaşına 5 bıçaq zərbəsi vurub, başına armatur parçası ilə dəfələrlə zərbə endirib.
Polis qətli törədən Elxan Həbinovu saxlayıb. Nərimanov rayon prokurorliğunda cinayət işi başlanılıb.