Bakıda ŞOK OLAY: Xəstə özünü pəncərədən atmaq istədi - ANBAAN VİDEO

25-04-2020, 11:54           
Bakıda ŞOK OLAY: Xəstə özünü pəncərədən atmaq istədi - ANBAAN VİDEO
1 Saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstələrdən biri tibb işçilərini vahiməyə salıb.

KONKRET.az xəbər verir ki, Orxan adlı şəxs xəstəxananın pəncərəsinə çıxaraq, özünü oradan aşağı atacağını deyib.

Tibbi heyət və polis işçisi onu fikrindən yayındıraraq, bədbəxt hadisənin qarşısını alıb.

1 Saylı Kliniki Tibbi Mərkəzdən faktı oxu.az-a təsdiq ediblər.

Bildirilib ki, hadisə ötən gün baş verib:

“Həmin şəxs hərarət və nəfəs daralması ilə xəstəxanaya müraciət edib. Aidiyyəti üzrə bir neçə gündür ki, müvafiq şöbədə müalicə alır. Mövcud vəziyyətlə bağlı ailə üzvləri ilə görüşə bilmir. Bu səbəbdən belə bir addım ataraq, diqqət çəkməyə çalışıb. Onunla söhbət aparılıb, vəziyyət izah olunub. Artıq hər şey qaydasındadır, heç bir problem yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.