Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

2-08-2020, 08:35           
Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub
Qazax Milli Universiteti nəzdində Beynəlxalq vaksinologiya mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.

Koronavirusa qarşı ilk peyvənd edilən şəxs vaksinologiya mərkəzinin direktoru Kaysar Tabınov olub. Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.

Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininın hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.

Ölkədə koronovirusa yoluxanların sayı 90 min 367 nəfərə çatıb, 60 mindən çox xəstə sağalıb, 793 nəfər bu virusdan həyatını itirib. /Azərtac












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru