Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib – İlqar Məmmədovla görüşüb

20-01-2021, 13:01           
Prezident Administrasiyasının rəsmisi REAL-ın qərargahına gəlib –
Respublikaçı Alternativ partiyasının (REAL) ofisində bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri ilə görüş keçirilib.

Cebhe.info bildirir ki, bu barədə REAL açıqlama yayıb.

Söhbət zamanı hakimiyyətlə REAL arasında davam etməkdə olan siyasi dialoqun növbəti mərhələlərinin gündəliyi haqqında ilkin fikir mübadiləsi aparılıb. Siyasi Komitənin üzvü Natiq Cəfərli, eləcə də partiya sədri İlqar Məmmədov bu ünsiyyətin və əməkdaşlığın bundan sonra ölkədə demokratik cəmiyyət təməllərinin möhkəmləndirilməsi üçün zəruri olan yeni nəticələr verməsinin vacibliyini qeyd ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.