Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu

25-02-2021, 08:22           
Paşinyanı ələ salan general-leytenant vəzifəsindən qovuldu
Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Buna səbəb general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub. Xatırladaq ki, daha əvvəl “Yerevan.today” portalı Tiran Xaçatryanın Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı bəyanatı haqqında şərhini yayıb.

Nikol Paşinyan iddia edib ki, Qarabağ müharibəsi zamanı “İskəndər” raketlərinin cəmi 10 faizi partlayıb. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi "İskəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10%?.. Bağışlayın, amma bu qeyri-ciddidir".

Ermənistanın Müdafiə Nazirliyi bundan bir neçə sonra geniş bəyanatla çıxış edib. Nazirlik iddia edib ki, Xaçatryanın sözləri guya “təhrif olunub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru