Bir şüşə likörü 2 dəqiqəyə içən kişi öldü - 11 dollarlıq “qələbə”

14-07-2022, 08:44           
Bir şüşə likörü 2 dəqiqəyə içən kişi öldü - 11 dollarlıq “qələbə”
Təşkil olunan yarışda 2 dəqiqəyə bir şüşə likörü içən kişinin ürəyi dayanıb.

Cənubi Afrika Respublikasında (CAR) sürətli içki içmək yarışına qatılan alkoqol həvəskarı ölüb.

Mükafat fondu təqribən 11 ABŞ dolları (200 CAR rendi) təşkil edən yarışın şərtlərinə əsasən, bir şüşə likörü ən tez içməyi bacaran şəxs qalib elan olunacaqdı.

Qalib likör şüşəsini 2 dəqiqəyə boşaltdıqdan dərhal sonra huşunu itirərək yerə yıxılıb. O, xəstəxanaya çatdırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.
lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru