Azərbaycan ordusunun hərbçisi HƏLAK OLDU

14-07-2022, 09:19           
Azərbaycan ordusunun hərbçisi HƏLAK OLDU
Azərbaycanda hərbçi avtomatdan açılan atəş nəticəsində vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 13-ü saat 23 radələrində baş verib.

Belə ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru