Belarusda yaşlı ata öz doğma övladlarını zorlayıb

3-10-2022, 11:05           
Belarusda yaşlı ata öz doğma övladlarını zorlayıb
Mogilyovda 57 yaşlı kişi uşaqlarını zorlamaqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə Belarus Daxili İşlər Nazirliyi “Telegram” kanalında məlumat yayıb.

Uşaqların anası hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb və iki azyaşlı övladının zorlandığını bildirib.

“Əməliyyatçılar müəyyən ediblər ki, uşaqlar ərizəçinin boşandığı və ayrı yaşadığı 57 yaşlı əri, uşaqların doğma atası tərəfindən zorakılığa məruz qalıb”, - deyə məlumatda vurğulanıb.

Kişinin evində axtarış zamanı uşaq psixologiyası və cinsi istismarına aid materialların olduğu rəqəmsal və kağız daşıyıcılar tapılıb.

Həmin şəxsə qarşı cinayət işi açılıb. Şübhəli saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru