Rus qadın səfərbərlikdən yayınan keçmiş ərini polisə “satdı”

3-10-2022, 12:08           
Rus qadın səfərbərlikdən yayınan keçmiş ərini polisə “satdı”
Rusiyada qadın səfərbərlikdən yayınan keçmiş ərini polisə “satıb”.

Teref.az xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yayılıb. Hadisə Moskva şəhərində baş verib.

Belə ki, 38 yaşlı kişi Moskvanın hərbi komissarlıqlarından birində hərbi qeydiyyatda olub. Səfərbərlik başlandığı üçün kişi evindən çıxaraq Puşkino şəhərinə köçüb və orada ev kirayələyərək yaşamağa başlayıb.

Bundan xəbər tutan keçmiş həyat yoldaşı polisə müraciət edərək boşandığı ərinin ünvanını verib. /Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru