London marafonunda faciəvi hadisə baş verib 4-10-2022, 00:04 İngiltərənin paytaxtı Londonda keçirilən marafonda faciəvi hadisə baş verib."Report"un "The Sun" nəşrinə istinadla məlumatına görə, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib.Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub. Facebook-da paylaş