İran dronları təhlükə yaradır: Kiyevdən keçdilər...

6-10-2022, 09:34           
İran dronları təhlükə yaradır:
İranın kamikadze pilotsuz təyyarələri Belarus ərazisindən Kiyevə uça bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Coğrafi cəhətdən Bila Tserkva Kiyevdən cənubdadır, yəni sadəcə Kiyevin yanından uçub keçiblər. Orada kifayət qədər böyük hərbi şəhərcik var, ona görə də o, hədəf ola bilər, ya da ola bilsin ki, onlar xüsusi olaraq Kiyevin yanından uça bildiklərini göstəriblər. PUA-ların növbəti dəfə Kiyev istiqamətində dönməyə cəhd etməyəcəkləri dəqiq deyil”, - Jdanov söyləyib.

Jdanov hava hücumundan müdafiə qüvvələrinin necə cavab verə biləcəyini proqnozlaşdırıb:

"Onların ilk zərbəsi qəfil oldu və biz bu dronlardan bəzilərini qaçırdıq. Düşünürəm ki, ikinci dəfə müdafiə sistemləri Bila Tserkvada və digər şəhərlərdə işləyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru