Bakı Dəmiryol Vağzalında insident - Video

6-10-2022, 11:30           
Bakı Dəmiryol Vağzalında insident - Video
Bu gün səhər saatlarında Bakı Dəmiryol Vağzalında sərnişinlərlə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları arasında insident yaşanıb.

Publika.az xəbər verir ki, Sumqayıt-Bakı qatarından istifadə edən şəxslər sərnişin sıxlığının həddindən çox olması, sürət qatarları arasındakı intervalın böyüklüyü, qatarlarda havalandırma sisteminin işləməməsi barədə etirazlar ediblər.

İlkin məlumata görə, etiraza səbəb sıxlıq səbəbindən bir neçə nəfərin halının pisləşməsi olub. İnsidentə polis müdaxilə etməli olub.

Xatırladaq ki, ötən gün bu istiqamətdə olan sıxlığa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da reaksiya verib. O bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil: “Sadəcə, sərnişinlərin sayı çoxdur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru