Gənc özünü məktəbdə asdı – Azərbaycanda
3-06-2016, 20:08
Onun asılmış meyitini qəsəbə sakinləri tapıblar.
Qobustan rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Ans press-ə verilən məlumata görə, Mərəzə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rasim Tahir oğlu Muradov özünü evlərinə yaxın ərazidə yerləşən köhnə peşə məktəbinin binasının birinci mərtəbəsindəki sinif otağında asıb. Onun asılmış meyitini qəsəbə sakinləri tapıblar. Hələlik 21 yaşlı gəncin intihar səbəbləri bilinmir.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
21 yaşlı Rasim Muradov sürücülük fəaliyyəti ilə məşğul olurmuş və onun cavan yaşda bacısı bir müddət öncə dünyasını dəyişib.
Ötən gün də Ağdam rayonunda intihar hadisəsi baş verib. Alıbəyli kəndində kənd sakini 1994-cü il təvəllüdlü İlahə Maşalla qızı Axundova özünü yaşadığı evin həyətindəki mal tövləsinin dirəyindən asıb.
Hadisədən əvvəl 22 yaşlı gəlinin qaynanası toya gedib. Mərhum intihar etməzdən əvvəl 3 uşağını yatızdırıb. İlahə Axundova da evdə tək qalmasından istifadə edərək belə bir addım atıb. İlahə Axundova ailəli olub və onun iki qızı, bir oğlu var idi.