Polis xidməti avtomobillə piyadanı vurdu - Bakıda

7-06-2016, 12:35           

Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

Hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, şəhər şossesində qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi “Fiat Doblo” markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub. İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.