Məhkəmə Xəzər rayon sakininin evinin sökülməsi barədə qərar çıxarıb

8-06-2016, 11:47           

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) Xəzər rayon İcra Hakimiyyətinə qarşı şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti qismən təmin edərək işi yenidən birinci instansiya məhkəməsinə qaytarıb. İB İcra Hakimiyyətinin Əliyeva Ramizə Laçın qızına verdiyi sərəncamın etibarsız hesab edilməsi, həmin sərəncamla ayrılmış torpaq sahəsində inşa olunmuş tikilidən R. Əliyevanın çıxarılması, tikilinin həmin şəxsin hesabına sökülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinin daimi istifadəyə qaytarılması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.