Erməni tərəfə keçən qadın necə oldu ki, minaya düşmədi? - İDDİA

8-06-2016, 13:09           
Erməni tərəfə keçən qadın necə oldu ki, minaya düşmədi? - İDDİA
Xəbər verdiyimiz kimi, Ermənistan KİV-lərində yayılan məlumata görə, Tovuzun Yanıqlı kənd sakini olduğu iddia edilən 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyeva Ermənistana keçib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, hazırda dövlət qurumu tərəfindən bununla bağlı araşdırma aparılır.

Tovuz Rayon İcra Hakimiyyəti ilə rayon sakininin Ermənistana keçməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Tovuzun icra başçısının müavini Mahir Həsənov AzVision.az-a bildirib ki, erməni KİV-lərdə yayılan məlumat yalandır, Tovuzda bu adda sakin qeydiyyatda olmayıb.

İcra rəsmisinin sözlərinə görə, hazırda aidiyyatı dövlət qurumları tərəfindən faktla bağlı araşdırma aparılır.

Yayılan digər məlumatlarda isə bildirilir ki, Zöhrə Vardzar qızı Vəliyeva adlı xanım Tovuz rayon sakini deyil.

Tovuzun Yanıqlı kəndinin icra nümayəndəsi Yaşar İsmayılov AzVision.az-a bildirib ki, iki gün öncə iki öncə kənddə naməlum bir qadın peyda olub: “Tanımadığımız bir qadın icra nümayəndəliyinin önündə dayanmışdı. Kənd sakinləri ondan kimliyini soruşdular. O, isə adının Telli olduğu, Haça Qaya ziyarətindən gəldiyini və baxıcı olduğunu dedi.

Qadın kənardan baxanda qəribə görünürdü. O, əqli qüsurlu insana bənzəyirdi. Qadının yerişi də düzgün deyildi. Əllərini çırpa-çırpa gedirdi. Sakinlərlə söhbətdən sonar qadın bir anın içində yoxa çıxdı”.

İcra nümayəndəsi bildirib ki, Telli adlı qadın daha sonra Gədəbəy avtobusu ilə Şınıx və ya Sarıtala kəndlərinə gedib. “Bizə daxil olan məlumata görə, həmin qadın bizim kənddən sonra Gədəbəyin Sarıtala və Şınıx kəndlərində görünüb. Ümumiyyətlə, təsvir edilən qadın Tovuz sakini olmayıb.

Yanıqlı kəndi Ermənistanla sərhəddə yerləşmir. Ola bilsin ki, həmin qadın Gədəbəyə gedib, daha sonra Ermənistan tərəfinə əsir düşüb”.

Y.İsmayılovun sözlərinə görə həmin qadın təxribatçı ola bilər: “Kənddə belə məlumatlar yayılıb ki, bəlkə də həmin qadın İŞİD üzvüdür. Ehtimal olunur ki, onu İŞİD təxribat məqsədi ilə sərhəd bölgəsinə göndərib. Qadın sərhəd ərazilərinə yaxşı bələd olub. O, özünü şübhəli aparırdı. Təsəvvün edin ki, ora minalanmış ərazilərdir. Necə oldu ki, o, minalanmış ərazidən keçərkən minaya düşməyib. Adi kənd sakinlərinin mal-qarası həmin əraziyə gedən zaman minaya düşür. Bu qadın isə necə Ermənistana keçə bilər? Hazırda araşdırma gedir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.