RƏHİM QAZIYEV ASLAN İSMAYILOVA CAVAB VERDİ
9-06-2016, 02:06
teref.az Rəhim Qaziyevin Aslan İsmayılovun ona qarşı yönəlmiş ittihamlarına cavabını sizə təqdim edir:
Aslan İsmayılov 04 iyun 1993-cü il Gəncə hadisəlrinə həsr etdiyin silsilə yazınla tanış oldum. Həmin yazıda özündən başqa ucdan tutma hamını ittiham etmisən. Adətinə sadiq qalaraq ,həmişəki kimi mənə də xüsusi yer ayirmisan. Mən 23 ildir ki,hüquqşünqs peşənə və aslan adına qətiyyən yaraşmayan tərzdə söylədiyin ,zərrə qədər həqiqət payı olmayan qərəzli uydurduğun yalan-böhtanlarla ittiham olunuram. Mən səni 2002-2003-cü illərdə məhkəməyə dəvət etmişəm,şahid qismində (1993-cü il 17 avqust MM-də 12dəqiqəlik sübuta yetirilmiş cinayətlər adlandiraraq ,sadaladığın ittihamlara görə,) ifadə verməyini tələb etmişəm. Xain adlandırdığının məhkəməsinə gəlib,hüquqşüns-vətənpərvər olaraq parlamentin yuxarıda qeyd etdiyim tarixdə çıxışın zamanı ünvanıma söylədiyin həyasız yalanlara-dəhşətli" xəyanət fatlarını" hakim qarşısında ifadə vermək kimi şərəfli vətəndaş borcunu yerinə yetirməkdən xəcalət çəkmədən boyun qaçırıb ,gəlməmisən. Lakin dövrü mətbuatda vaxtaşırı həmin bötanları olmuş həqiqətlər kimi xalqa sırımaqdan nə utanırsan, nə də,xəcalət çəkirsən. Aslan İsmayılov axı özün dediyin kimi sən çox yekə, ədalətli,vicdanlı,qərəzsiz hüquqşünassan. Qətiyyən inkar edə bilməzsən ki, səni dəfələrlə ünvanıma söylədiyin qərəzli uydurduğun yalan-böhtanları vicdanlı-vətənpərvər-peşəkar hüquqşünaslar,jurnalistlər qarşısında ,gəlib mənimlə üzbəüz sübut etməyə dəvət etmişəm. İsmayılov Aslan,buyur istədiyin mətbuat orqanında debata buyur ,ünvanıma söylədiyin ittihamları bir hüquqşünas olaraq sübut et,yada ki,birdəfəlik o sümüksüz dilini dimməzinə qoy!
RƏHİM QAZİYEV.
teref.az qarşı tərəfin fikirlərinə yer verməyə hazırdır!
teref.az