Teleqraf: Edinburq limanında gəmi hadisəsindən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib

23-03-2023, 00:03           
Teleqraf: Edinburq limanında gəmi hadisəsindən sonra 15 nəfər xəstəxanaya yerləşdirilib
Şotlandiyada 75 metr hündürlüyündə gəminin Edinburqun quru limanında yan aşması nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” Şotlandiyanın təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Belə ki, ümumilikdə 25 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 10 nəfərə hadisə yerində köməklik göstərilib. Xəstəxanaya yerləşdirilənlərin xəsarətlərinin nə qədər ağır olduğu məlum deyil.

Gəmi 2016-cı ildə amerikalı sahibkar, Microsoft-un həmtəsisçisi Pol Allen (1953-2017) tərəfindən alınıb. Qeyd olunub ki, qəza yerinə ümumilikdə beş təcili yardım avtomobili və bir tibbi helikopter cəlb edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.