DİQQƏT: Bakı sakinlərini iş adıyla aldadan qrup var

9-06-2016, 20:26           

Son günlər Azad İstehlakçılar Birliyinə (AİB) işədüzəltmə ilə bağlı aldadılan vətəndaşlar müraciət edib.

Bu haqda Modern.az saytına məlumat verən AİB sədri Eyyub Hüseynov şikayətlərin həddindən artıq olduğunu deyib:
“Şikayət Qida MMC şirkəti ilə bağlıdır. Bu barədə mən artıq Daxili İşlər Nazirliyinə (DİN) məktub göndərmişəm. Sözügedən şirkət əhalinin işsizliyindən istifadə edərək onlara ümid verib. İnsnaları müəyyən ödəniş müqabilində işə düəzltdiklərini bildiriblər”.
Hüquq müdafiəçisi şikayətçilərdən birinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Balakişiyev küçəsi, ev 46-da yaşayan Elvin Məmmədov olduğunu bildirib:
“O, müraciətdində qeyd edib ki, mayın 23-də “Lalafo” saytında “Azərqidasənaye” MMC-nin iş elanına rast gəlib. Sürücü işi üçün müraciət edib. Mayın 28-də 050 976 62 00 nömrəsindən zəng olunaraq işə qəbul olunmaq üçün 19 manat sosial sığorta haqqı ödəniş tələb olunub. E.Məmmədov elə həmin gün tələb olunan vəsaiti “Milli Ön” terminalı ilə 507-728-171 hesab nömrəsinə köçürüb.
Bundan sonra E.Məmmədova təqdim olunan 051 608 90 75 nömrəsilə əlaqə saxlasa da zəng çatmayıb”.
Aldadıldığını görən vətəndaş çarəni AİB-ə müraciət etməkdə görüb. Eyni minvalla aldadılan şəxs Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci M.Abbasov küçəsinin sakini Zaur Süleymanovdur. Yasamal rayonunda yaşayan Rasim Məmmədov da eyni problemlə qarşılaşaraq Birliyə müraciət ediblər. E.Hüseynov bununla bağlı hədsiz telefon zəngləri aldığını vurulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.