Anar Məmmədov gömrükdə 200 min 200 manat cərimələnib - Nazir atasının da xeyri olmayıb

10-06-2016, 17:52           
Anar Məmmədov gömrükdə 200 min 200 manat cərimələnib - Nazir atasının da xeyri olmayıb
«Təzadlar»ın elektron poçtuna daxil olan bir məlumat dəqiqləşdirilməyə zərurət yaratdığından bir müddət idi ki, öyrənilirdi… Nəhayət, neçə gün əvvəl araşdırmamız və dəqiqləşdirməmiz qismən təsdiqini tapdı. Söhbət nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 2014-cü ildə Azərbaycanın «Qırmızı Körpü» Gömrük-Keçid Məntəqəsində 200 min 200 manat gömrük cəriməsinə cəlb olunmasından gedir.
Anar Məmmədov gömrükdə 200 min 200 manat cərimələnib
Mənbə yazır ki, «…Anar Məmmədov 2012-ci ildə şəxsi «Rorşe» avtomobili ilə adı çəkilən postu keçərək qeydiyyata alınır… Sənədlərşmə zamanı bir daha onun diqqətinə çatdırılır ki, onun bu bahalı, Azərbaycanda qeydiyyatda olan avtomobili 3 ay ərzində ölkəyə qayıtmalıdır. Gömrük qaydaları ilə bilgiləndiriləndən sonra Anar Məmmədov özünün bildirdiyinə görə, Türkiyəyə istiqamət götürür… Lakin kompüterdə 3 aydan sonra həmin avtomobilə dair qırmızı xətt qoyulur. Yalnız 2 ildən sonra, yəni 2014-cü ildə həmin avtomobil TİR-lə Azərbaycana gətirilir… Gömrük yoxlamaları zamanı məlum olur ki, bu avtomobil 1 il 9 aydır ki, axtarışa verilib, gəlişi gözlənilir. Beləcə, avtomobilin sahibi 200 min 200 manat cərimələnir və cərimə mərkəzi informasiya bazasına vurulur. Bundan xəbər tutan Anar Məmmədov dərhal atası, nazir Ziya Məmmədova məlumat verir. Ziya Məmmədov Gömrük Komitəsindəki «lazımi» şəxsə zəng vurur, lakin araşdırılarkən məlum olur ki, məlumat artıq bazaya yerləşdirilib, cərimə ödənilməlidir… Bir gün sonra Anar Məmmədovun adından 200 min 200 manat cərimə ödənilir və ağ rəngli «Porşe» avtomobili «Qırmızı Körpü» Gömrük-Keçid Məntəqəsinin saxlancından götürülür…"
Məsələ ilə bağlı Anar Məmmədovun bizə təqdim edilən telefonuna zəng vursaq da, cavab verən olmadı.
Onun da mövqeyini təqdim etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.