SSRİ nüvə bombasının yaradıcılarından biri intihar etdi

22-06-2023, 11:44           
SSRİ nüvə bombasının yaradıcılarından biri intihar etdi
İlk sovet ikipilləli termonüvə bombası "RDS-37"nin yaradıcılarından biri olan Qriqori Klinişov Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, o, intihar edib.

"Qriqori Klinişov Kosmodamianskaya sahilindəki mənzilində ölü tapılıb. Nüvə fiziki intihar edərək dünyasını dəyişib. O, meyitin yanında qeyd qoyub. Orada qohumları ilə vidalaşıb",- agentliyin məlumatında bildirilib.

Xatırladaq ki, Qriqori Klinişov 1930-cu ildə anadan olub.

Fizika-riyaziyyat elmləri namizədi, 1962-ci ildə Lenin mükafatı laureatıdır.

İlk sovet iki mərhələli termonüvə bombası RDS-37-nin yaradılmasında iştirak edib, həmçinin sonralar bir neçə növ termonüvə bombası hazırlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru