İrlandiyalı qadın İstanbulda yanaq və qol gərdirmə əməliyyatından 6 gün sonra vəfat edib.
Teref.az Milli.Az-a istinadən xəbər verir ki, İstanbuldakı özəl xəstəxanalardan birində yanaq və qol gərdirmə əməliyyatı keçirən İrlandiya vətəndaşı Annetta Barbara Rohderin əməliyyatdan 6 gün sonra qaldığı oteldə halı pisləşib.
Rohder aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Hadisədən sonra əməliyyatı həyata keçirən həkim və xəstəxanaya qarşı istintaq başladılıb.