ABŞ-da müsəlman uşaq ÖLDÜRÜLDÜ

16-10-2023, 11:24           
ABŞ-da müsəlman uşaq ÖLDÜRÜLDÜ
ABŞ-ın Çikaqo şəhərində bir şəxs filistinli ailənin evinə bıçaqla hücum edib.

32gun.az-ın Anadolu Ajansına istinadən verdiyi xəbərə görə ev sahibəsi hücumla bağlı polisə məlumat verib.

Hadisə yerinə gələn polis əməkdaşları 32 yaşlı qadını və onun 6 yaşlı uşağını ağır bıçaq xəsarətləri ilə aşkar ediblər.

26 bıçaq zərbəsi alan uşağın vəziyyətinin ağır olduğu, yerli xəstəxanaya köçürüldükdən sonra dünyasını dəyişdiyi, xəstəxanaya yerləşdirilən anasının vəziyyətinin ağır olduğu açıqlanıb.

Müsəlman ailəyə hücumun Fələstin-İsrail müharibəsi ilə bağlı olduğu deyilib.

Qatilin axtarışlarına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru