Sankt-Peterburqda "Azərbaycan mafiyası"nın 18 yaşlı üzvü saxlanıldı

17-10-2023, 07:06           
Sankt-Peterburqda  "Azərbaycan mafiyası"nın 18 yaşlı üzvü saxlanıldı
Sankt-Peterburq polisi şəhər sakinlərinə hücum edən və döyüşləri lentə alan yeniyetmələrdən ibarət qrupun üzvlərindən biri - 18 yaşlı Timur Muxtarovu saxlayıb.

Axar.az "Kommersant"a istinadən xəbər verir ki, saxlanılan Muxtarov hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, o, davalarda iştirak etməyib, sadəcə olaraq, davanın videolarını Teleqram kanalında yerləşdirib.

Bundan əlavə, yeniyetmə özlərini "Azərbaycan mafiyası" adlandıran qrupun üzvlərini tanımadığını söyləyib.

Onun sözlərinə görə, bütün videoları ona 17 yaşlı Tural Məmmədov göndərib və o, sadəcə videoları kanala yerləşdirib.

Qeyd edək ki, Tural Məmmədov adlı azərbaycanlının adminlik etdiyi Teleqram kanalında dava videoları Rusiya cəmiyyətində böyük rezons doğurub. Videolarda bir qrup gəncin şəhər sakinlərinə hücum etdiyi, onlara xəsarət yetirməsi əks olunur. Faktla bağlı gənclərə qarşı xuliqanlıq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi) maddəsi ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru