HƏMAS ilk dəfə girovlardan birinin görüntülərini yayıb - VİDEO

17-10-2023, 12:07           
HƏMAS ilk dəfə girovlardan birinin görüntülərini yayıb - VİDEO
HƏMAS ilk dəfə girovlardan birinin videosunu yayıb. Burada “Nature Party” festivalında silahlı şəxslər tərəfindən qaçırılan 21 yaşlı Mia Şem əka olunub.

Video yaraqlıların ötən gecə Aİ ölkələrində bloklanan “Telegram” kanalında yayılıb. Kadrlarda Mia qolundan güllə yarası aldığını və Qəzza zolağında xəstəxanada əməliyyat olunduğunu deyir.

“Mənə baxırlar, dərman verirlər, hər şey qaydasındadır. Sadəcə xahiş edirəm ki, məni tez bir zamanda evə, valideynlərimin, bacı-qardaşlarımın yanına aparsınlar. Məni buradan mümkün qədər tez çıxarın. Zəhmət olmasa,” o deyir.

Videonun nə vaxt və hansı şəraitdə çəkildiyi məlum deyil.
“The Jerusalem Post” qeyd edir ki, lent yazısının həqiqiliyini müəyyən etmək mümkün deyil. Artıq Mia Şemin ailəsi videoda məhz onun olduğunu təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru