Brüsseldə isveçli azarkeşləri öldürməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib - KİV

17-10-2023, 11:14           
Brüsseldə isveçli azarkeşləri öldürməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib - KİV
Brüsseldə İsveç vətəndaşı olan iki futbol azarkeşini qətlə yetirməkdə şübhəli bilinən şəxs paytaxt kafelərindən birində zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadən yerli “VRT” telekanalı yayıb.

Bununla belə, onun İsveç vətəndaşlarını qətlə yetirən məhz həmin şəxs olduğu hələ ki tam dəqiqliklə təsdiq olunmayıb.

Xatırladaq ki, oktyabrın 16-sı Brüsseldə silahlı insident nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Belə ki, skuterdə olan bir şəxs avtomatla insanlara atəş açıb. Ölənlər İsveç milli futbol komandasının azarkeşləri olub. Ölkə rəhbərliyi, eləcə də Avropa İttifaqı qurumlarının liderləri hadisəni terror aktı adlandırıb.

Qeyd edək ki, dünən Brüsseldə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və İsveç arasında futbol matçı keçirilib. Hadisə ilə bağlı oyun birinci hissədən sonra yarımçıq dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru