Ermənistanda Rusiya DİN müavininin Ermənistandakı nümayəndəsinin meyiti tapılıb
17-10-2023, 16:28
Bu gün - oktyabrın 17-də İrəvanda faciəli hadisə baş verib.
Erməni mediası məlumat yayıb ki, saat 09:40 radələrində Emənistan Daxili İşlər Nazirliyinin Arabkir rayon polis şöbəsinə “Arabkir” təcili tibbi yardım stansiyasından həyəcan siqnalı daxil olub . Bildirilib ki, həkimlərdən ibarət növbətçi dəstə Manuşyan küçəsindəki ünvanlardan birinə gedib və orada kişi meyiti tapılıb.
Ekspertizanın ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib. Faktla bağlı Arabkir şəhərinin istintaq şöbəsində qətl əlamətləri ilə cinayət işi başlanıb.
Ölən şəxs Rusiya daxili işlər nazirinin müavininin Ermənistandakı nümayəndəsidir.