Qətərdə yaşayan HAMAS liderinin yaxınlarının evinə aviazərbələr endirilib - 14 nəfər ölüb
18-10-2023, 07:44
İsrail HAMAS lideri İsmayıl Xaniyənin yaxınlarının qaldığı evə aviazərbələr endirib, nəticədə 14 nəfər həlak olub.
APA “The Times of İsrael”ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında endirilmiş aviazərbə nəticəsində həlak olanlar arasında HAMAS liderinin qardaşı və qardaşı oğlunun da olduğu bildirilir.