İndoneziyada qatar qəzası nəticəsində 30-dan çox insan xəsarət alıb
18-10-2023, 12:54
İndoneziyanın Cokyakarta bölgəsində qatarın qəzaya uğraması nəticəsində azı 32 nəfər xəsarət alıb.
Məlumata görə, oktyabrın 17-də Cokyakartanın Kulon Proqo bölgəsində relsdən çıxan Arqo Semeru qatarı təxminən saat 13:30-da (Bakı vaxtı ilə 10:30-red.) başqa qatarla toqquşub. Toqquşma nəticəsində 32 nəfər xəsarət alıb, onlardan bəziləri xəstəxanaya yerləşdiriliblər. Mənbə: TASS