Rusiyada kommunal şirkətin əməkdaşı narazı sakinin üzərindən avtomobillə keçdi - VİDEO

18-10-2023, 15:14           
Rusiyada kommunal şirkətin əməkdaşı narazı sakinin üzərindən avtomobillə keçdi - VİDEO
Moskva vilayətinin Şçelkovo şəhərindən olan kommunal idarəçi şirkətin işçisi avtomobililə podratçının işindən narazı qalan yerli sakinin üzərindən keçib.

Oktyabrın 17-də “Paritet” İdarəedici Şirkətinin binası qarşısına toplaşan izdiham, evlərdə istilik sisteminin işləməməsindən və zirzəmilərin dəhşətli vəziyyətindən şikayətlənib. Hadisə yerinə çəkiliş qrupu da gəlib. Lakin kommunal xidmətin işçisi danışmaq istəmədiyi üçün avtomobilinə minərək qaçmağa çalışıb. Sakinlərin yolu bağlamasına baxmayaraq, o, xanımlardan birinin üzərindən keçib.

Məlumata görə, zərərçəkənin ayağı sınıb və o, xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Mənbə: Mash












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru