Qəzzada son sutka ərzində vurulan onlarla hədəflə yanaşı, HƏMAS-ın daha iki komandiri öldürülüb. Yeniavaz.com “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb. Məlumata görə, HƏMAS-ın Qəzza Briqadasında tank əleyhinə raket kompleksinin komandiri Məhəmməd Avdallah və HƏMAS dəniz qüvvələrinin komandiri Əkrəm Hicazi Şin Bet Hərbi Kəşfiyyat İdarəsinin kəşfiyyat səylərindən sonra hədəfə alınıb və öldürülüb. İsrail ordusu, həmçinin, HƏMAS-ın komanda mərkəzlərinə, döyüş meydançalarına, tank əleyhinə idarə olunan raket və raket buraxılış məntəqələrinə, eləcə də, bəzilərində tunellərin olduğu hərbi infrastrukturlara zərbələr endirib.