Pilotu ağcaqanad dişlədiyi üçün təyyarə 5 saat gecikdi
19-10-2023, 07:24
Niderlandda pilotu ağcaqanad dişlədiyi üçün təyyarə 5 saat gecikib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Məlumata görə, Amsterdamdan Mançesterə uçan “EasyJet” təyyarəsi pilotu ağcaqanad dişləyən zaman artıq uçuş-enmə zolağında olub. Bu reysdə olan bir sərnişin əvvəlcə uçuşun sadəcə gecikdiyini, daha sonra pilotun insanların qarşısına çıxdığını bildirib.”O, bizə ağcaqanad tərəfindən dişləndiyini söylədi və səmada oxşar hadisənin təkrarlanmaması üçün bütün təyyarənin dezinfeksiya edilməsini istədi”, deyə qadın sərnişin bildirib.
Sərnişinlərə daha sonra reysin texniki səbəblərə görə gecikdiyi bildirilib. Aviaşirkətin müştərilərinin aldığı yeganə kompensasiya 4 dollarlıq yemək çeki olub.
“Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi və rifahı bizim ən yüksək prioritetimizdir”, deyə “EasyJet” şirkəti hadisəni şərh edib.