İsrail ordusu Livanda üç hərbi postu darmadağın edilb

19-10-2023, 07:20           
İsrail ordusu Livanda üç hərbi postu darmadağın edilb
İsrail ordusu ölkə ərazisinin atəşə tutulmasına cavab olaraq Livandakı üç hərbi posta zərbələr endirdiklərinin açıqlayıb.

Bu barədə xarici KİV xəbər verir.

“Bir müddət əvvəl İsrail ordusunun əsgərləri Livandan İsrail ərazisinə tank əleyhinə raket atmağa cəhd edən terrorçuları aşkar etdikdən sonra İsrail Müdafiə Ordusunun tankı Livandakı iki hərbi postu məhv edib. Bundan əlavə, Müdafiə Ordusu İsrailin şimalındakı Metula şəhərinə tank əleyhinə raketin atıldığı hərbi postu vurub”, - məlumatda deyilir.

İsrail ordusundan həmçinin bildirilib ki, bu yaxınlarda Xar Dov ərazisi də atəşə tutulub, cavab olaraq qarşı tərəfin atəş nöqtələri darmadağın edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru