Səlim Müslümov məhkəmədən çıxarkən görüntüləndi - VİDEO

19-10-2023, 00:14           
Səlim Müslümov məhkəmədən çıxarkən görüntüləndi - VİDEO
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Ağır Cinayətlər Məhkəməsindən çıxarkən görüntülənib.

Həmin görüntülər RTV-də yayımlanıb.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur.

Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. Səkkiz milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru