Moskvada 15 yaşlı azərbaycanlı şagird cinayət törətdi- VİDEO

19-10-2023, 09:58           
Moskvada 15 yaşlı azərbaycanlı şagird cinayət törətdi- VİDEO
Moskva vilayətinin Ximki şəhərində doqquzuncu sinifdə oxuyan iki şagird həbs edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Mash teleqram kanalı məlumat verib.
Bildirilib ki, yeniyetmələr əylənmək naminə Moskva Aviaparkında yaşıdlarını döyərək videoya çəkib və görüntüləri teleqram kanalında paylaşıblar. Hadisə nəticəsində 4 nəfər zərər çəkib.
Döyülmə faktı ilə bağlı cinayət işi açılıb və yeniyetmələr saxlanılıb.
Hadisəni törədənlərdən Məhəmmədsabir İ.və Ceyhun F-dır. Məhəmmədsabir Düşənbə sakini, Ceyhun isə Yekatirinburqdandır. Ceyhunun ailəsinin azərbaycanlı olduğu bildirilir. Onlar Ximkidəki 29 saylı məktəbdə oxuyurlar.
Saxlanılan məktəblilər, eləcə də onların valideynləri Rusiya vətəndaşlığından məhrum edilə bilər.
https://t.me/bakupost/13407












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru