Dağıstanda yük qatarı qoyun sürüsünə çırpıldı - VİDEO
19-10-2023, 13:19
Dağıstanın Babayurt rayonunda yük qatarı qoyun sürüsünə çırpılıb.
Məlumata görə, 100-ə yaxın heyvan ölüb.
Rayon rəhbərliyi qəzanın baş verdiyini təsdiqləyib. Hadisənin Babayurt-Qrebskoye keçidində baş verdiyi bildirilib. Qeyd olunub ki, insident nəticəsində heç bir insan xəsarət almayıb. Toqquşmadan sonra maşinist qatarı saxlayıb. Mənbə: 360tv.ru https://t.me/oxuaze/67112