Kriminal avtoritet Həsənov saxlanıldı

19-10-2023, 11:42           
Kriminal avtoritet Həsənov saxlanıldı
Kriminal avtoritet Həsənov saxlanılıb. Lent.az bildirir ki, Yekaterinburq polisi bir neçə nəfəri saxlayıb, onların arasında kriminal avtoritet Marsel Həsənov da var.

Hadisə Proezjaya küçəsində yerləşən "Xəzər" kafesinin yaxınlığında baş verib. Həmin şəxslə "Mercedes" markalı avtomobildə onu müşayiət edənlər olub. Əməliyyat çərçivəsində ümumilikdə 4 nəfər saxlanılıb.

"Onların avtomobilindən "Makarov" tapançasına bənzər bir neçə sənədsiz əşya aşkar edilib", - məlumatda vurğulanır

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bir sıra zəruri ekspertiza və yoxlamalar aparılır. Araşdırmanın nəticələrinə əsasən lazımi tədbirlər görüləcək.

Həsənov əvvəllər də quldurluq cinayətinə görə məhkum olunub. O, cəzasını çəkərkən kriminal avtoritet(?) statusu alıb. Azadlığa çıxandan sonra tez-tez hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətinə düşüb.

Marsel Həsənovun çeçen "qanuni oğru" Əhməd Şalinski ilə əlaqəsinin olduğu iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru