Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb

20-10-2023, 10:07           
Qəzzanın təhlükəsizlik qüvvələrinin rəhbəri ailəsilə birlikdə ölüb
HƏMAS hərəkatının inzibati nəzarəti altında olan Qəzza zolağında milli təhlükəsizlik qüvvələrinin komandiri general Cihad Əbd Müheysin İsrailin Əş-Şeyx Radvan məhəlləsini bombalaması zamanı ölüb.

Verilən məlumata görə, “General Müheysin və onun bir neçə ailə üzvü həmin vaxt Qəzza təhlükəsizlik qüvvələrinin rəhbərinin yerləşdiyi evə İsrail mərmisinin birbaşa zərbəsi nəticəsində həlak olub”.

Generalın ölümü ilə əlaqədar HƏMAS bəyanat yayıb və qeyd edib ki, liderlərin qəsdən öldürülməsi təhlükəsizlik qüvvələrinin peşəkarcasına fəaliyyətlərini davam etdirməsinə və hərəkatın [İsrailin] təcavüzünə müqavimət göstərməsinə mane olmayacaq.

Həmçinin qeyd olunur ki, bir müddət əvvəl İsrailin Fələstin sektorunun cənub hissəsində yerləşən Nuseyrat şəhərinin rayonlarından birinə hücumu nəticəsində Qəzza keçid məntəqələrinin rəisi general Fuad Əbu İbtihan öldürülüb. Bombardman zamanı onun bir neçə ailə üzvü də həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru