Amerikanın Hərbi Dəniz Qüvvələrinin DDG 64 CARNEY gəmisi Yəmən sahillərində raket hücumuna məruz qalıb.
Qeyd olunur ki, gəmiyə üç raketlə hücum edilib. Raketlər zərərsizləşdirilib.
Amerikalı məmurlardan biri qeyd edib ki, raketlər İranın dəstəklədiyi Yəmən husiləri tərəfindən atııb.
Xatırladaq ki, husilər ("Ənsar Allah") Yəmən ərazisində fəaliyyət göstərən hərbləşdirilmiş şiə qruplaşmasıdır. Qeyd edək ki, bu, bu gün regionda ABŞ hərbi qüvvələrinə dördüncü hücumdur. CNN