Çexiyada iki tramvay toqquşub, 30-dan çox adam xəsarət alıb
20-10-2023, 13:14
Çexiyanın Pilsen şəhərində iki tramvay toqquşub.
Məlumata görə, Çexiyanın Pilsen şəhərinin Karlovı Varı küçəsində iki tramvay toqquşub.
İlkin xəbərə görə, hadisə zamanı uşaqlar da daxil olmaqla, təxminən 30-35 nəfər xəsarət alıb. Yanğınsöndürənlər əzilmiş tramvaylardan insanları çıxarır, həkimlər zərərçəkənlərə yardım göstərir. Mənbə: RİA